"İnter"lə görüşdə dəstəyə ehtiyacımız var
Bizi izləyin

İdman

"İnter"lə görüşdə dəstəyə ehtiyacımız var

Avropa Liqasının III təsnifat mərhələsində “İnter”i qəbul edəcək “Atletik”in baş məşqçisi Ernesto Valverde oyunöncəsi mətbuat konfransı keçirib.

Pubika.az xəbər verir ki, mütəxəssis matçla bağlı fikirlərini bildirib:

““İnter” bizə tanış komanda deyil. Onların bu il Avropa Liqasındakı matçlarını, həmçinin ötən mövsümkü oyunlarının videoyazılarını izləmişəm. Rəqibin heyətində dəyişikliklər baş verməsinə baxmayaraq, klub iki mərhələ adlayıb. Ona görə də, onlara qarşı oynamaq bizə asan olmayacaq.

Bakıya rahat yollanmaq istəyirik. Çünki orda bizi nə gözlədiyini bilmirik. Ona görə də, bu görüşdə mütləq qələbə qazanmalıyıq. Futbolçularıma inanıram və onlardan yaxşı nəticə gözləyirəm. Doğma meydanda azarkeş amili də önəmlidir. “İnter”lə görüşdə onların dəstəyinə ehtiyacımız olacaq”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm