UEFA albanları cəzalandırdı
Bizi izləyin

İdman

UEFA albanları cəzalandırdı

Avropa Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Kukesi” – “Legiya” qarşılaşması polşalılar hesabda 2:1 öndə olarkən - 51-ci dəqiqədə dayandırılmışdı.

Publika.az xəbər verir ki, UEFA qalmaqallı oyunla bağlı qərarını açıqlayıb. Qitə futbol qurumu Albaniyada baş verənlərə görə, meydan sahiblərinə texniki məğlubiyyət verib.

Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində Tiranada baş tutan görüş yarımçıq dayandırılmışdı. Belə ki, qonaqlar hesabda 2:1 öndə olarkən 51-ci dəqiqədə azarkeşin atdığı daş “Legiya”nın yarımmüdafiəçisi Andrey Dudanın başına tuş gəlmişdi. Nəticədə slovakiyalı futbolçu meydançanı xərəkdə tərk etmişdi. Qarşılaşmanın isveçrəli baş hakimi Stefan Klossner də komandaların meydançanı tərk etməsini tapşırmış və oyunu davam etdirməmişdi. Hətta bundan sonra da yerli fanatlarla polislər arasında qarşıdurma davam etmişdi.

Bütün bunları dəyərləndirən UEFA Nizam-İntizam Komitəsi “Kukesi”yə 0:3 hesablı texniki məğlubiyyət verib.

Bu komandalar arasında cavab görüşü avqustun 6-da Varşavada keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm