Bu barədə bilirdiniz? - Bataqlıqda intellektual oyun - FOTOLAR
Bizi izləyin

İdman

Bu barədə bilirdiniz? - Bataqlıqda intellektual oyun - FOTOLAR

Bataqlıqda futbol! Yəqin ki, bu idman növü barədə çoxlarınız eşitməmisiz. Ancaq hazırda bu idman növü üzrə dünya çempionatı da keçirilir. Bir neçə gün əvvəl Rusiya bataqlıq futbolunda dünya çempionluğunu qazanıb. Bu barədə məlumat verəcəyik.

Publika.az əvvəlcə bataqlıq futbolunun yaranma tarixi barədə məlumatı təqdim edir.

Bataqlıq futbolunun vətəni Finlandiya hesab olunur. Nə qədər qəribə olsa da, bataqlıq futbolu xizəyin sayəsində yaranıb. Finlandiyalı xizəkçilər yayda bataqlıqda məşq ediblər. Və beləcə bataqlıqda futbol oynamaq ideyası da yaranıb. 1998-ci ildə ilk dəfə bataqlıqda futbol turniri keçirilib. 2000-ci ildə bu idman növü beynəlxalq status alıb.

Bataqlıq futbolunda stadionun uzunluğu 60, eni 30 metr olur. Bu idman növünün “Uembli”si kurort şəhərciyi sayılan Ukkoxallaya yaxın yerləşən Vuorisuo bataqlığı sayılır. Komandaların heyətində qapıçı ilə birgə 6 oyunçu olur. Oyun hər biri 10 dəqiqə sürən iki hissədən ibarətdir. Əvəzetmələrə məhdudiyyət yoxdur.

Bu il keçirilən dünya çempionatının qalibi Rusiyanı təmsil edən "Saint-Petersburg Lakes" komandası olub. Rusiya təmsilçisi finalda Finlandiyanın "Telinekataja" komandası ilə qarşılaşıb.

Hesabı meydan sahibləri açıblar. Ruslar yalnız oyunun son dəqiqələrində bərabərlik qolunu vurmağa müvəffəq olublar. Əlavə vaxtda daha bir qol vuran Rusiya komandası dünya çempionu olub.

Bataqlıq futbolunu intellektual oyun da adlandırırlar. Turnirdə əsasən Avropa ölkələrinin komandaları iştirak edirlər. Maraqlıdır ki, bataqlıqda futbol yarışı qadınlar arasında da keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm