Məşhur idmançının 1,1 milyon dollarlıq əmlakı oğurlandı - FOTOLAR
Bizi izləyin

İdman

Məşhur idmançının 1,1 milyon dollarlıq əmlakı oğurlandı - FOTOLAR

“Formula-1” ulduzu Ceson Batton və həyat yoldaşı Cessika Miçibata oğruların qurbanı olublar.

Publika.az xəbər verir ki, tamahkar dəstə məşhur cütlüyün Fransanın cənubunda birlikdə yaşadıqları villaya daxil olub, havalandırma sistemindən evə qaz buraxıblar. Həmin qazın təsiri ilə yuxuda olan cütlüyün “yuxu”su daha da ağırlaşıb.

Bu zaman oğrular villadakı dəyərli əşyaları və Cessika Miçibatanın 520 min dollar dəyərindəki nişan üzüyünü oğrulayıblar. Naməlum şəxslər üzükdən əlavə villadan ümumilikdə 630 min dollarlıq əmlak aparıblar.

“The Sun”ın yazdığına görə, oğrular əməliyyatı elə cütlüyün yatdığı otaqdaca görüblər. Onlar qazın təsirindən daha da ağır yuxuya gediblər, səsə oyana bilməyiblər. Cütlük hadisənin ertəsi günü özünə gəldikdə isə iş-işdən keçmişdi.

Fransa polisinin bildirdiyinə görə bu həmin oğruların ilk işi deyil, artıq bir neçə evdə də bu əməlləri törədiblər, onlar axtarışdadır.

Qeyd edək ki, Ceson Batton “Formula-1” üzrə dünya çempionudur. “Forbes”in ən zəngin adamlar sırasına düşüb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm