Avropa Oyunlarının medalçıları Moskvaya yollandı
Bizi izləyin

İdman

Avropa Oyunlarının medalçıları Moskvaya yollandı

Avropa Oyunlarının qızıl və gümüş medalçılarını yeni sınaq gözləyir. Avqustun 14-də Rusiyanın paytaxtı Moskva şəhərində taekvondo üzrə Gran-Pri turnirinə start verilir.

Publika.az xəbər verir ki, cari ildə ilk dəfə keçiriləcək turnir davamlı olaraq Türkiyə, Böyük Britaniya, final mərhələsi isə Meksikada təşkil ediləcək.

G4 dərəcəli Gran-pri yarışlarında qalıb olan idmançılar, reytinq xallarını 40 xal artırmış olacaq. 3 gün davam edəcək yarış Moskvanın “Dinamo” arenasında baş tutacaq.

Böyüklərdən ibarət milli komandamız da bu turnirdə 6 taekvondoçu ilə təmsil olunacaq. Məşqçilər heyəti yarışa qatılacaq idmançıların adlarını açıqlayıb. Belə ki, -58 kq çəki dərəcəsində Mikayıl Əliyev, Ayxan Tağızadə (-68 kq), Ramin Əzizov (-80 kq), Radik İsaev (+80 kq), qadınlardan Patimat Abakarova (-49 kq), -67 kq çəki dərəcəsində isə Fəridə Əzizova dayanq üzərinə çıxacaq. Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və Sun Mi Parkın rəhbərliyi ilə Moskvaya yollanan millimiz 17 avqustda vətənə dönəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm