"Qarabağ"ın rəqibi autsayderə uduzdu - VİDEO
Bizi izləyin

İdman

"Qarabağ"ın rəqibi autsayderə uduzdu - VİDEO

İsveçrə Super Liqasında 5-ci turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, Avropa Liqasında Azərbaycan çempionu "Qarabağ"a rəqibi olan "Yanq Boyz" da növbəti matçına çıxıb.

Bu komanda doğma meydanda autsayderlər qrupunda qərarlaşan "Luqano" ilə üz-üzə gəlib. Matçın taleyini bir qol həll edib. 6-cı dəqiqədə qapısında qol görən "Qarabağ"ın rəqibi bunun əvəzini çıxa bilməyincə, məğlubiyyətlə üzləşib - 0:1.

Bu, bernlilərin cari mövsümdəki ilk məğlubiyyəti olub. Əvvəlki 4 turda 3 heç-heçəsi olan “Yanq Boyz” cəmi bir görüşdə qalib gəlmişdi.

Qeyd edək ki, "Yanq Boyz" geridə qalan 5 turda 6 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. "Yanq Boyz"la "Qarabağ" arasındakı ilk oyun avqustun 20-də Berndə, cavab görüşü isə ayın 27-də Bakıda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm