İcra başçısı qaliblərə medal verdi - FOTO
Bizi izləyin

İdman

İcra başçısı qaliblərə medal verdi - FOTO

Qəbələdə davam edən atıcılıq üzrə Dünya Kubokunun kişilər arasında tapança ilə 10 metr məsafədən atəş açmanın final mərhələsində yarışın qalibləri məlum olub.

Publika.az xəbər verir ki, koreyalı Kim Çen Yonq hamıdan yüksək nəticə göstərərək, qızıl medala sahib olub.

Qazaxıstanlı İssaçenko Vladimir 2,2 xal fərqi ilə gümüş medala yiyələnib.

Bürünc medalı isə slovakiyalı Tuzinski Yuraj öz ölkəsinə aparıb.

Qeyd edək ki, qaliblərə medalı Qəbələ rayon icra başçısı Səbuhi Abdullayev təqdim edib. (axar.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm