“Qəbələ”nin futbolçusu Braziliya mətbuatına danışdı: “Azərbaycan futbolu...”
Bizi izləyin

İdman

“Qəbələ”nin futbolçusu Braziliya mətbuatına danışdı: “Azərbaycan futbolu...”

Avropa Liqasında tarix yazmağa davam edən “Qəbələ” bu gün “Panatinaikos”la qarşılaşacaq. Komandanın müdafiəçisi Dodo oyunla bağlı Braziliya mətbuatına açıqlama verib.

Publika.az xəbər verir ki, “Qəbələ”nin tarixində ən çox oyun keçirən braziliyalı futbolçu Azərbaycan futbolunun inkişafından da damışıb:

“Azərbaycan futbolu ildən-ilə inkişaf edir. Bu ölkə Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmağa layiqdi. Azərbaycanda futbolu sevirlər. Oyunlar zamanı azarkeşlər stadionlara gedib, komandalarını dəstəkləməyə çalışır. “Panatinaikos”la Bakıdakı ilk qarşılaşmada onların dəstəyi bizə əlavə üstünlük qazandıra bilər. Bu qarşılaşmalar bizim hamımız, klub üçün çox vacibdir. Afina təmsilçisi qrup mərhələsinə düşmək iddiamızı gerçəkləşdirmək üçün son maneədir. Evdə keçiriləcək ilk qarşılaşmada elə nəticə qazanmalıyıq ki, Yunanıstana üstün durumda yollanaq. Bu işin öhdəsindən gəlmək asan olmayacaq. Lakin biz sonadək mübarizə aparacağıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm