Federasiya rəhbərlərinin şəxsi hesabları yoxlanacaq
Bizi izləyin

İdman

Federasiya rəhbərlərinin şəxsi hesabları yoxlanacaq

Braziliya Senatının korrupsiya ilə mübarizə komissiyası ölkənin Futbol Federasiyasının 74 yaşlı prezidenti Marko Polonun şəxsi hesablarına giriş əldə edib.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi bildirib.

Braziliya milli komandasının keçmiş hücumçusu Romario bu ilin iyul ayında Senatın korrupsiya ilə mübarizə komissiyasının rəhbəri təyin edilib. O, təyinatdan dərhal sonra bildirib ki, rəhbərlik etdiyi komissiya Marko Polo, həmçinin Futbol Federasiyasının keçmiş rəhbərləri Rikardo Teyşeyra və Xose Mariya Marina istintaqa cəlb olunacaq. Romarionun sözlərinə görə, komissiya bundan sonra federasiyanın bütün hesablarına giriş hüququnu tələb edəcək.

Daha əvvəl isə Braziliya polisi “Arena Pernambuku” stadionunun tikintisi ilə bağlı araşdırmalar aparıb. 2014-cü il futbol üzrə dünya çempionatı üçün tikilən stadionun tikintisində korrupsiya faktları aşkarlanıb. Polisdən bildiriblər ki, “Odebrecht SA” şirkəti tərəfindən tikilən “Arena Pernambuku”nun dəyəri ən azı 12,26 milyon dollar artıq qiymətləndirilib.

Latın Amerikasında ən böyük tikinti şirkəti olan “Odebrecht SA” araşdırmaların aparıldığını təsdiqləsə də, iddiaları əsassız adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm