“Qarabağ” - “Yanq Boyz” oyununu litvalı hakimlər idarə edəcək
Bizi izləyin

İdman

“Qarabağ” - “Yanq Boyz” oyununu litvalı hakimlər idarə edəcək

Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Yanq Boyz" oyununun hakimləri bəlli olub.

Publika.az xəbər verir ki, bu komandalar arasında Bakıdakı cavab oyununu litvalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Gediminas Mazeika olacaq. Ona həmyerliləri Vitautas Simkus, Vitenis Kazlauskas, Sergejus Sliva kömək edəcəklər.

"Qarabağ" - "Yanq Boyz" matçı avqustun 27-də saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Bu komandalar arasında Berndə keçirilmiş ilk oyun ağdamlıların 1:0 hesablı qələbəsiylə yekunlaşmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm