Rusiya millisində iki azərbaycanlı
Bizi izləyin

İdman

Rusiya millisində iki azərbaycanlı

21 yaşadək futbolçulardan ibarət Rusiya millisinin heyəti açıqlanıb.

Qol.Az-ın məlumatına görə, sentyabrda “Avro-2017”nin seçmə mərhələsi çərçivəsində iki oyun keçirəcək komandanın heyətinə 23 futbolçu cəlb olunub.

Onlardan ikisi azərbaycanlıdır. Moskva "Spartak"ından Ayaz Quliyevlə "Zenit"in "Rubin"ə icarəyə verdiyi Ramil Şeydayev Rusiya millisinə dəvət alıb.

Qeyd edək ki, millimizlə eyni qrupda yer alan Rusiya yığması sentyabrın 4-də Finlandiya, 8-də Avstriya ilə qarşılaşacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm