"Fənərbaxça" PSJ-nin hücumçusunu transfer edir
Bizi izləyin

İdman

"Fənərbaxça" PSJ-nin hücumçusunu transfer edir

Türkiyənin “Fənərbaxça” klubu PSJ-in futbolçusu Ezequel Lavezzini transfer etməyə yaxındır.


Qol.Az-ın məlumatına görə, bu barədə “Bu gün” qəzeti xəbər yayıb.


Bildirilir ki, argentinalı hücumçunun meneceri İstanbula gələrək “Fənərbaxça” ilə anlaşıb. Bu transfer üçün “sarı lacivərdlilər”in Paris klubuna 10 milyon avro ödəyəcəyi iddia edilir.


Qeyd edək ki, 2012-ci ildə “Napoli”dən PSJ-yə transfer olunan futbolçu ötən mövsüm Fransa Liqasında 31 oyuna çıxıb və 8 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm