İdman
Sabiq prezident intihar etdi - FOTO
Türkiyənin "Göztepe" klubunun sabiq prezidenti Bülent Özkul intihar edib.
Publika.az xəbər verir ki, depressiyaya düşən 55 yaşlı keçmiş prezident özünü evinin pəncərəsindən atıb.
Ağır yaralanan Özkul həkimlərin bütün səylərinə rəğmən həyatda qala bilməyib. İddialara görə, klub rəhbərinin ailə problemləri var imiş və bir müddətdi psixoloji müalicə alırmış.
Qeyd edək ki, atası Zeki Özkulun 1967-ci ildə qurduğu "Özkul Tekstil"i Türkiyənin ən parlaq markalarından birinə çevirilən Bülent Özkul 2001-ci ildə maliyyə böhranından qurtula bilməyib və iflas edib.
Bir müddət İstanbulda yaşayan şirkət rəhbəri sonradan İzmirə köçərək sadə həyat yaşamağa başlayıb. O, müsahibələrindən birində bu sözləri demişdi: "Bir vaxtlar lüks avtomobillərim var idi. İndi avtobus kartım var və buna görə çox xoşbəxtəm".
2012-ci ildə "uşaqlıq sevgim" dediyi Seher Özkulla evlənən Bülent Özkulun bir müddət əvvəl yaxın dostlarından birinə "məni həyata bağlayan 2 faizlik bir bağ qalıb" dediyi iddia olunur.
Onun həmçinin intihardan əvvəl İstanbulda yaşayan qızına mesaj yazaraq "haqqını halal et" dediyi də bildirilir.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO