Afrikalı “İbrahimoviç” - VİDEO
Bizi izləyin

İdman

Afrikalı “İbrahimoviç” - VİDEO

Futbolda ekzotik qollar haqda həmişə uzun-uzadı müzakirələr aparılır. Bunu təbbi qarşılamaq lazımdı. Mövsüm ərzində futbolsevərlər müxtəlif çempionatlarda minlərlə qol izləyirlər. Amma hamısı yadda qalan olmur.

İndiyədək yaşıl meydanlarda xeyli ecazkar qollar görmüşük. Son illərdə bunlardan ən yaddaqalanı və daha çox müzakirə olunanı Zlatan İbrahimoviçin İngiltərə millisi ilə oyundakı aşırma zərbəsi olub. İbrahimoviç demişkən son vaxtlar Avropa mətbuatı tez-tez İbrahimoviçsayağı vurulan qolları təqdim edir. Artıq Afrikanın da İbrahimoviçi peyda olub.

Publika.az xəbər verir ki, Keniya çempionatının “Old Starz” – “Sofopaka” matçında Patrik Oboyya autdan ötürülən topu dabanıyla qapıdan keçirib. Gözəl qol alınıb. Lap elə Zlatan vurduğu qollara bənzəyir. Qolun ötürməsini isə DÇ-2010-un açılış qolunun müəllifi kimi tarixə düşən CAR millisinin üzvü Şabalala verib.

Qeyd edək ki, 28 yaşlı Oboyya Keniyadan başqa Çexiya və Slovakiya klublarının da şərəfini qoruyub. Millidə 16 oyun keçirən Oboyyanın aktivində 2 qol var.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm