“Qəbələ” Avroliqanın qrup mərhələsində - YENİLƏNİB
Bizi izləyin

İdman

“Qəbələ” Avroliqanın qrup mərhələsində - YENİLƏNİB

Qarşılaşmanın 78-ci dəqiqəsində “Panatinaikos”un futbolçusu Nano cərimə zərbəsindən sonra hesabı bərarəbləşdirib - 2:2.

Qarşılaşma bu hesabla da başa çatdı. Beləliklə "Qarabağ"dan sonra "Qəbələ" klubu da Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq şansı qazandı.

00:20

Qəbələ yenə hesabda irəli çıxdı. Dodo ikinci hissədə yenə fərqlənərək qəbələni önə çıxardı - 1:2

00:10

“Panatinaikos” - “Qəbələ” oyununda birinci hissə 1:1 hesabı ilə başa çatıb.

Hazırda oyunda ikinci hissə oynanılır.

23:41

Oyunun 34-cü dəqiqəsində “Panatinaikos”un sol cinahdan hücumu nəticəsində Markus Berq hesabı bərabərləşdirib – 1:1.

23:12

Oyunun 6-cı dəqiqəsində “Qəbələ” hesabda irəli çıxıb. Künc zərbəsindən sonra ötürməni başla dəqiq yerinə yetirən Dodo oyunda hesabı açıb – 1:0.

X X X

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin cavab oyununda Azərbaycan çempionatının bürünc mükafatçısı “Qəbələ” komandası səfərdə Yunanıstanın “Panatinaikos” klubunun qonağıdır.

Afinanın 16 min azarkeş tutumuna malik “Apostolos Nikolaidis” stadionunda keçirilən oyunda “Qəbələ”nin start heyətində Dmitri Bezotosnı, Vojislav Stankoviç, Rikardinyo, Arif Daşdəmirov, Vitali Vernydub, Rəşad Sadiqov, Aleksey Qay, Sergey Zenyov, Dodo, Ermin Zets və Aleksey Antonov meydana çıxıblar.

“Panatinaikos”un ilk on birliyində isə Luk Stil, Giorgos Kutrumbis, Statis Tavlaridis, Nano, Sergio Sanchez, Kristos Bourbos, Zeka, Sotiris Ninis, Daniyel Pranyiç, Niko Karelis və Markus Berq isə yer alıblar.

Matçın əsas hakimi slovakiyalı İvan Krujlyakdir. Köməkçi hakim funksiyasını onun həmyerliləri Tomas Somolani, Tomas Mokoş və Peter Kralovic yerinə yetirirlər.

Komandalar arasında Bakıdakı ilk qarşılaşmada qapılara qol vurulmamışdı - 0:0. İki oyunun nəticəsinə görə üstün olan kollektiv komanda yarışlarının qrup mərhələsinə vəsiqə qazanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm