Bu keçid 31 avqustda “Real”laşacaq?
Bizi izləyin

İdman

Bu keçid 31 avqustda “Real”laşacaq?

"Mançester Yunayted"in qapıcısı David De Xea birisigün "Real"a keçə bilər.

Publika.az xəbər verir ki, ispan qolkiperin avqustun 31-də - transfer pəncərəsinin son günündə "kral klubu"na keçəcəyi iddia edilir.

Bu xəbəri İngiltərə və İspaniya mətbuatı yayıb. Xarici mətbuatın məlumatına görə, birisigün De Xea 42 milyon avro qarşılığında "Real"a keçəcək.

MY argentinalı qolkiper Serjio Romeronu transfer edəndən sonra De Xea ehtiyatda qalır. Bu isə onun İspaniya nəhənginə keçidini şərtləndirən əsas amillərdən sayılır.

De Xea "Mançester Yunayted"ə 27 milyon avroya "Atletiko"dan (Madrid) transfer olunmudu. O, İngiltərə klubunun heyətində 175 oyun keçirib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm