Rəşad Sadıqov: “İndiyə kimi heç bir məşqçi bizə belə inanmayıb”
Bizi izləyin

İdman

Rəşad Sadıqov: “İndiyə kimi heç bir məşqçi bizə belə inanmayıb”

Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov UEFA-nın rəsmi saytına açıqlama verib.

Publika.az xəbər verir ki, Sadıqov xorvat Robert Prosineçkinin rəhbərlik etdiyi yığmanı xaraketrizə edib. Kapitan bildirib ki, Prosineçkinin futbolçulara böyük inamı əlavə motivasiya yaradır:

“O, bizə inanır. İnanır ki, daha yaxşı futbol oynayacağıq və nəticə qazanacağıq. Belə inam psixolji planda da böyük önəm kəsb edir. Norveçlə səfər oyunundan əvvəl Prosineçki dedi ki, minimum bir xal qazanacağıq. Və səhv etmədi. Yığma komandada çıxış etdiyim illər ərzində heç bir məşqçi bizə belə inanmayıb”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm