İspaniyada transfer rekordu yeniləndi
Bizi izləyin

İdman

İspaniyada transfer rekordu yeniləndi

İspaniya klubları mövsümlərarası dövrdə transferlərə xeyli pul xərcləyərək rekord qırıb.

Publika.az “As” nəşrinə istinadən xəbər verir ki, bu yay La Liqa təmsilçiləri ümumilikdə yeni transferlərə 558 milyon avro pul xərcləyib. Bu, rekord göstəricidir. İspaniya çempionatı üçün əvvəlki rekord 2007-ci ildə qeydə alınıb – 541 milyon avro.

Maraqlıdır ki, bu dəfə siyahıya “Real” və “Barselona” başçılıq etmir. Madridlilər Danilo və Kovaçiçin keçidinə təxminən 70 milyon xərcləyib. Kataloniyalılar isə Arda Turan və Aleks Vidalla güclənib.

Xəzinənin ağzını ən geniş açan isə “Valensiya” olub. “Yarasalar” 137 milyon ziyana düşüb. Düzdür, bu məbləğin 90 milyonu komandada oynayan futbolçulara xərclənib. İkinci yer isə “Atletiko”ya məxsusdur. Sabiq çempion yeni transferlərə 126 milyon avro pul ayırıb. Baxmayaraq ki, bunun təxminən 120 milyonu satılan futbolçuların hesabına əldə olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm