Almanlar Polşaya “borc”unu qaytaracaqmı?
Bizi izləyin

İdman

Almanlar Polşaya “borc”unu qaytaracaqmı?

Bu gün AÇ-2016-nın seçmə mərhələsinin D, F və İ qruplarında daha 8 oyun keçiriləcək.

Publika.az xəbər verir ki, günün ilk oyunu Gürcüstanda baş tutacaq. D qrupunda autsayderlər sırasında qərarlaşmış gürcülər 3-cü pillədəki Şotlandiyanı qəbul edəcək.

Bu qrupun ən maraqlı oyunu isə Frankfurtda baş tutacaq. Son dünya çempionu Almaniya evdə Polşadan ilk oyundakı 0:2 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

F qrupunda isə cari seçmə mərhələdə ardıcıl xal itkilərindən sonra hazırda sonuncu pillədə qərarlaşan Yunanıstan millisi Finlandiya ilə ev oyununda qalib gələrək, uğursuz gedişə son qoymaq niyyətindədir.

İ qrupunun Danimarka - Albaniya matçı da AÇ-yə vəsiqə baxımından əhəmiyyətli oyunlardan hesab edilir.

AÇ-2016, seçmə mərhələ

4 sentyabr

D qrupu

21:00 Gürcüstan - Şotlandiya

23:45 Almaniya - Polşa

23:45 Cəbəllütariq - İrlandiya

1. Polşa - 14 (6), 2. Almaniya - 13 (6), 3. Şotlandiya - 11 (6), 4. İrlandiya - 9 (6), 5. Gürcüstan - 3 (6), 6. Cəbəllütariq - 0 (6).

F qrupu

23:45 Macarıstan - Rumıniya

23:45 Farer adaları - Şimali İrlandiya

23:45 Yunanıstan - Finlandiya

1. Rumıniya - 14 (6), 2. Şimali İrlandiya - 13 (6), 3. Macarıstan - 11 (6), 4. Farer adaları - 6 (6), 5. Finlandiya - 4 (6), 6. Yunanıstan - 2 (6).

İ qrupu

23:45 Danimarka - Albaniya

23:45 Serbiya - Ermənistan

1. Portuqaliya - 12 (5), 2. Danimarka - 10 (5), 3. Albaniya - 10 (4), 4. Ermənistan - 1 (5), 5. Serbiya – “-2” (5).

Qeyd: Albaniyayla oyunda yaşanmış hadisələrə görə, Serbiyanın hesabından 3 xal çıxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm