Cüdo Federasiyasında yeni struktur müəyyənləşdi
Bizi izləyin

İdman

Cüdo Federasiyasında yeni struktur müəyyənləşdi

Azərbaycan Cüdo Federasiyasının yeni vitse-prezidentləri təyin edilib.

Publika.az xəbər verir ki, federasiyanın yeni vitse-prezidentləri “Neftçi” İdman Sağlamlıq Mərkəzinin icraçı direktoru Sadıq Sadıqov, Olimpiya çempionu Elnur Məmmədli, SOCAR-ın vitse-prezidenti Mikayıl İsmayılov seçilib. Cüdo üzrə beynəlxalq dərəcəli hakim Elmar Babanlı isə federasiyanın baş katibi təyin edilib.

Bu gün keçirilən mətbuat konfransında Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rövnəq Abdullayev bildirib ki, məqsəd Azərbaycan cüdosundakı mövcud problemləri tezliklə aradan qaldırmaq, yaxşı nəticələr əldə etməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm