Ruslan Abışov da “Qəbələ”yə qoşuldu
Bizi izləyin

İdman

Ruslan Abışov da “Qəbələ”yə qoşuldu

“Qəbələ” Vüqar Nadirovun ardından daha bir futbolçunu rənglərinə bağlayıb.

Publika.az xəbər verir ki, əyalət təmsilçisi ötən mövsüm "Qırmızı-qara" formada çıxış edən Ruslan Abışovla anlaşıb. "Qəbələ"nin sabiq kapitanı ilə mövsümün sonunadək müqavilə imzalanıb.

28 yaşlı müdafiəçi bir neçə ay əvvəl “Qəbələ”dən “Xəzər Lənkəran”a keçmişdi. Bunadək Ruslan "Neftçi" (2006-2012), "Xəzər Lənkəran" (2012-2013), "Rubin" (Kazan, Rusiya) (2013-2015) və "Qəbələ"də (2014-2015) çıxış edib. Abışov Azərbaycan millisinin heyətində 45 oyun keçirib və 4 qol vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm