FHN-in qapalı çempionatı başa çatdı
Bizi izləyin

İdman

FHN-in qapalı çempionatı başa çatdı

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda səmti müəyyən etmə idman növü üzrə Fövqəladə Hallar Nazirliyinin III Qapalı Çempionatı başa çatıb.

Publika.az xəbər verir ki, rayondakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək FHN-nin qurumları arasında keçirilən yarışa 23 komanda olmaqla, 100-dən çox idmançının qatıldığını bildirib. Üç gün davam edən yarışda komanda birinciliyi ilə yanaşı, iştirakçılar şəxsi birincilik üzrə də bacarıqlarını nümayiş etdiriblər.

Məlumat verilib ki, FHN-nin səmti müəyyən etmə üzrə komandası dünya və Avropa çempionatlarında iştirak edir.

Füzuli Musayev yarışın yüksək səviyyədə təşkil olunduğunu, FHN əməkdaşlarının və komanda üzvlərinin qidalanması və qalması üçün meşədə lazımı şəraiti olan çadırların qurulduğunu qeyd edib.

Komanda və şəxsi yarışlar iki mərhələdə - qısa və uzun məsafədə keçirilib. Yarışın ilk günündə iştirakçılar kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə birinci çatmaq uğrunda mübarizə aparıblar. Yarışda hər bir idmançıya iki saat vaxt verilib. Həmin vaxtda nəzarət məntəqəsini tapıb geri qayıda bilməyən iştirakçı yarışdan kənarlaşdırılıb.

Sonda qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm