“Bu mərhələni keçsələr, sevgilimi onlara hədiyyə edəcəm” - FOTO
Bizi izləyin

İdman

“Bu mərhələni keçsələr, sevgilimi onlara hədiyyə edəcəm” - FOTO

Futbolun populyarlığını sübut etməyə ehtiyac yoxdur. Planetin elə bir nöqtəsi yoxdur ki, orada topun arxasınca qaçmasınlar. Qaça bilməyənlər isə yaşıl meydanlarda qaçanlara tamaşa etməkdən zövq alırlar.

Futbolu sadəcə ayaqla deyil, sözün hər mənasında başla oynayırlar. Futbolun içində olan hər kəs düşünməli və nə danışdığını bilməlidir.

Müasir futbolda ağzından çıxan hər sözü ajiotaj yaradan mütəxəssislər və futbolçular çoxdur. Onların dediyi hər cümlə bəzən münaqişəyə, bəzən etirazlara, bəzən də gülüşə səbəb olur. Əlbəttə, futbol dünyasında maraqlı fikir səsləndirənlər olub, var və olacaq da...

Publika.az “Unudulmaz sözlər” rubrikasının növbəti buraxılışını təqdim edir.

Uesli Sneyder

“Hollandiya milli komandası daxilində bir qərara gəlmişik. Bu qərarımızı Robbenə də bildirdik. Meydana çıxanda o öz topuyla oynayacaq”.

Mario Balotelli

“Real” bu mərhələni keçsə, madridli futbolçulara sevgilimi hədiyyə edəcəm”

Viktor Vanyama

“Barselona”ya vurduğum qolun sevincini sözlə ifadə etmək çətindir. Həyatımda hüç belə sevinməmişdim. “Barselona”ya qol vurmaq həzzi seksdən də yaxşıdır”.

Aleks De Souza

Müxbir: “Niyə türk dilində danışmırsan?”

Alex: “Türkcə danışsam, Samet işsiz qalacaq”.

Zlatan İbrahimoviç

“Devid Bekhemin transferindən sonra PSJ sadəcə güclənmədi, həm də gözəlləşdi”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm