Voleybol üzrə Azərbaycan millisi Polşa yığmasına qalib gəlib
Bizi izləyin

İdman

Voleybol üzrə Azərbaycan millisi Polşa yığmasına qalib gəlib

Xəbər verdiyimiz kimi, sentyabrın 26-dan oktyabrın 4-də Belçika və Niderlanda qadın voleybolçular arasında Avropa çempionatı keçiriləcək.

Avropa çempionatına Sloveniyada hazırlaşan Azərbaycan millisi ikinci yoxlama matçını keçirib. Millimiz Polşa millisi ilə üz-üzə gəlib. Görüş baş məşqçi Faiq Qarayevin yetirmələrinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Voleybolçularımız ilk yoxlama oyununda Xorvatiya yığması ilə qarşılaşıb və 0:4 hesabı ilə məğlub olub.

Hazırlıq prosesi çərçivəsində milli komandamız Sloveniya yığması ilə də yoxlama oyununda qüvvəsini sınayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm