İdman
"Bakı 2015"i izləyənlərin sayı açıqlandı -1,7 milyard
"Bakı 2015" I Avropa Oyunlarının dünyada 1,7 milyard tamaşaçı auditoriyası olub.
"Report"-un verdiyi məlumata görə, bunu Avropa Olimpiya Komitəsi
(EOC) bəyan edib.
Rəsmi açıqlamada bildirilir ki, Oyunları 145 ölkədə 832 milyon evdən izləyiblər. Yayımı isə Avropanın 38, digər qitələrin isə 53 telestansiyası həyata keçirib. Beynəlxalq Yayım Birliyi 12 - 28 iyun aralığında 1000 saatlıq canlı yayım həyata keçirib.
EOC prezidenti Patrik Hikki bildirib ki, bu rəqəmlər ilk Avropa Oyunlarının qitə və dünyanın idman həvəskarları arasında böyük populyarlığını bir daha nümayiş etdirir: "Oyunlar zamanı dərhal anladıq ki, mötəbər idman yarışı televiziya tamaşaçıları arasında ümid etdiyimizdən də çox populyarlıq qazanıb. Neçə-neçə yayımçı əvvəlcədən razılaşdırıldığından da çox yayım həyata keçirmək xahişi ilə bizə bir daha müraciət etdi. Bu rəqəmlər həm də 2019-cu il II Avropa Oyunlarının təşkilatçılarına daha çox yayım və kommersiya müqavilələri bağlamaq imkanı verəcək".
"Bakı 2015" yayımı "Sportel TV"nin ən yaxşı canlı yayım kateqoriyasında 3 namizəddən biri kimi tanınıb. P.Hikki bunu da sevindirici hal kimi dəyərləndirib. O, I Avropa Oyunlarının yüksək keyfiyyətlə yayımlandığını və çox cəlbedici idman məhsulu olmasını sübuta yetirdiyini vurğulayıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı