"Qızıl top"a sonuncu namizəd mənəm" – Kaka
Bizi izləyin

İdman

"Qızıl top"a sonuncu namizəd mənəm" – Kaka

"Orlando Siti"nin futbolçusu Kaka son açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, braziliyalı futbolçu zarafatla özünü "Qızıl top" mükafatına sonuncu namizəd adlandırıb:

"Qızıl top" mükafatını qazanan və karyerasını hələ də davam etdirən futbolçulardan yalnız mən, Ronaldinyo, Messi və Ronaldo qalıb. Belə futbolçuların siyahısında olmağımla fəxr edirəm. Xüsusilə, Messi və Ronaldoya qədər bu mükafatı qazanan sonuncu futbolçu olduğum üçün qürur duyuram. Özüm haqda onu deyə bilərəm ki, planetdə bu mükafata sonuncu namizədəm".

Qeyd edək ki, Kaka 2007-ci ildə "Qızıl top" mükafatına yiyələnib. Həmin vaxtdan bu yana 4 dəfə Messi, 3 dəfə isə Ronaldo fəxri mükafata sahib çıxıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm