Dünya futbolunda zəlzələ: "El Clasico" tarixə qovuşur
Bizi izləyin

İdman

Dünya futbolunda zəlzələ: "El Clasico" tarixə qovuşur

İspaniyanın Katalonya muxtariyyəti müstəqilliyini elan edəcəyi halda ölkə futbolu ağır zərbə alacaq.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu halda Kataloniyanın “Barcelona” klubu ölkə çempoionatından kənarlaşdırılacaq.

İspaniya Ali İdman Şurasının (CSD) səlahiyyətliləri bildirib ki, mövcud qanunvericiliyə görə, muxtar subyektlərdən biri ölkədən ayrılarsa, həmin subyektlərə aid bütün futbol klublarının avtomatik liqadan kənarlaşdırılması gündəmə gələcək. Bu vəziyyətdə isə dünya futbolunun bəzəyi sayılan “Barcelona” və “Real Madrid” qarşılaşmaları ilə məşhur olan "El Clasico" tarixə qovuşacaq.

Qeyd edək ki, sentyabrın 27-də Kataloniyada parlament seçkiləri keçiriləcək. Müstəqillik tərəfdarı olan partiyalar seçkilərdə qələbə qazanacağı halda bir il ərzində müstəqillik proqramı qüvvəyə minəcək. Kataloniyada keçirilən son sorğulara görə, müstəqillik tərəfdarı olan partiyalar qələbəyə daha yaxındır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm