Onunla bağlı dəlillər təqdim edildi
Bizi izləyin

İdman

Onunla bağlı dəlillər təqdim edildi

İngiltərə Futbol Assosiasiyasının “Çelsi”nin baş məşqçisi Mourinyo ilə bağlı apardığı araşdırma yekunlaşmaq üzrədir. Assosiasiya portuqaliyalı mütəxəssisin “Çelsi”nin həkimi Yeva Karneyroya qarşı təhqiramiz ifadə işlədib-işlətmədiyini araşdırırdı.

Publika.az xəbər verir ki, bununla bağlı dəlillər assosiasiyaya təqdim edilb. Dəlilləri “Women in Football” təşkilatı təqdim edib. Video və məktub halında olan dəlillərdə Mourinyonun portuqal dilində söyüş söydüyü məlum olub. Assosiasiya bu dəlilləri araşdırıb, qərar qəbul edəcək. Günahı sübut olunacağı təqdirdə, Joze Mourinyonu 5 oyunluq cəza gözləyir.

Bir müddət əvvəl məlumat yayılmışdı ki, Yeva Karneyro da bu insidentlə bağlı məhkəməyə müraciət etməyi düşünür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm