“Qarabağ” məğlubiyyətdən qaçdı, “Zirə” Lənkəranda da uduzmadı
Bizi izləyin

İdman

“Qarabağ” məğlubiyyətdən qaçdı, “Zirə” Lənkəranda da uduzmadı

Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub. Açılış matçında "İnter" "Kəpəz"i minimal hesabla məğlub edib.

Günün digər oyunu isə Avroliqada çıxış edən "Qəbələ"ylə "Rəvan" arasında keçirilib. Roman Qriqorçukun yetirmələri bu oyunda böyük hesabla - 3:0 qalib gəliblər.

Turun iki oyunu şənbə günü keçirilib. Oyunlardan biri Bakıda, digəri Sumqayıtda baş tutub.

Sumqayıtda çempionatın autsayderləri - AZAL-la "Sumqayıt" "sülh bağlayıb". Bu oyunadək xal qazanmayıb, qol üzünə həsrət qalan "təyyarəçilər" bu tilsimi "kimyaçılar"la görüşdə qırıblar.

Günün və turun mərkəzi matçı isə Suraxanıda keçirilib. "Qarabağ" yenicə təmirdən çıxan stadionunda əzəli rəqibi "Neftçi"ni qəbul edib. Oyunun gedişində 1:0 hesabıyla önə keçən "neftçilər" bu üstünlüyünü oyunun sonunadək qoruyub saxlaya bilməyiblər. Almeydanın 91-ci dəqiqədə penaltidən vurduğu qol oyunda son nöqtə olub - 1:1.

Turun son oyunu isə Lənkəranda baş tutub. Burada FİFA-nın məlum cəzasından sonra kasad heyətlə maksimum xal toplamağa çalışan "Xəzər Lənkəran" cari mövsümdə uduzmayan debütant "Zirə"ni qəbul edib. Qarşılaşma 1:0 hesabıyla qonaqların - "Zirə"nin qələbəsiylə nəticələnib. Oyunda yeganə qol qarşılaşmaya əlavə edilmiş 2-ci dəqiqədə vurulub. Rəşad Abdullayev Rihairo Meulensə qarşı kobudluğa görə təyin edilmiş dəqiq penaltini dəqiq yerinə yetirərək sabiq klubunu xalsız qoyub.

Azərbaycan Premyer Liqası, 6-cı tur

25 sentyabr

İnter - Kəpəz 1:0

Dieqo Martins, 53.

Qırmızı vərəqə: Dieqo Martins, 86.

Rəvan - Qəbələ 0:3

Dodo, 37. Samir Zərgərov, 58. Aleksey Qay, 78.

26 sentyabr

Qarabağ - Neftçi 1:1

Almeyda, 91-p - Erik Ramos, 61.

Sumqayıt - AZAL 1:1

Ağabala Ramazanov, 36 - Aleksandr Quruli, 94.

Qırmızı vərəqə: Bəxtiyar Həsənalızadə, 62.

27 sentyabr

Xəzər Lənkəran - Zirə 0:1

Rəşad Abdullayev, 92-p.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm