“Hərbçilər”imiz Cənubi Koreyaya yollanır
Bizi izləyin

İdman

“Hərbçilər”imiz Cənubi Koreyaya yollanır

Oktyabrın 2-dən 12-dək Cənubi Koreyanın Munqyeonq şəhərində hərbçilərin VI Dünya Oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, Azərbaycanın idman şərəfini boks yarışlarında 7 idmançı qoruyacaq. Onların arasında dünya çempionu Cavid Çələbiyev (56 kq), Avropa çempionatının qalibi Salman Əlizadə (49 kq) kimi tanınmış boksçular var.

Onlarla yanaşı, komandanın tərkibində Məsud Yusifzadə (52 kq), Elvin İsayev (60 kq), Cavid Quliyev (64 kq), Kamran Şahsuvarlı (75 kq) və Məhəmmədəli Tahirzadə (91 kq) mübarizə aparacaqlar.

Azərbaycan komandası məşqçi Rauf Aydınovun rəhbərliyi altında bu gün Cənubi Koreyaya yollanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm