AZAL-da maaş problemi
Bizi izləyin

İdman

AZAL-da maaş problemi

AZAL klubu neçə aydır ki, futbolçularını maaş üzünə həsrət qoyub. Belə ki, klubun oyunçuları artıq 6-7 aydır rəhbərlikdən maaşlarını tələb etsələr də, istədiklərinə nail ola bilmirlər.

Publika.az-a verilən məlumata görə, bununla bağlı futbolçular öz narazılıqlarını da bildiriblər. Ancaq hələ ki, bir faydasını görməyiblər.

Futbolçular maaş tələb etsələr də, rəhbərlikdən gözləmələri, səbirli olmaları deyilib. Ancaq futbolçular bu gözləmələrdən razı deyillər. Hər an klubu boykot edə bilərlər - matçlara və məşqlərə çıxmamaqla…

Onlar yaxın zamanda maaş verilməsə, oyunlara və məşqlərə çıxmayacaqlarını da bildiriblər.

Qeyd edək ki, klubun baş məşqçisi Tərlan Əhmədov belə bir problem olduğunu deib. O, “Rəvan”la oyundan sonra keçirilən mətbuat konfransında maaşların verilməməsinin futbolçulara ciddi təsir göstərdiyini demişdi:

“Bir neçə aydır ki, maaş verə bilmirik. 7 aydır ki, analoji problem mövcuddur. Bu da onlara təsir edir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm