Ronaldinyo qəzaya düşdü - FOTO
Bizi izləyin

İdman

Ronaldinyo qəzaya düşdü - FOTO

Braziliyalı futbol əfsanəsi Ronaldinyo avtomobil qəzasına düşüb.

Publika.az xəbər verir ki, futbolçu idarəetməni itirib və avtomobil yoldan çıxaraq hasara çırpılıb.

Hadisə Port-Aleqri şəhəri yaxınlığında yaşanıb. Məşhur futbolçu hadisə zamanı xəsarət almayıb. Şahidlərdən biri futbolçunun əhvalının yaxşı olmamasına baxmayaraq, onunla selfi çəkdirməyə də macal tapıb.

Qeyd edək ki, Ronaldinyo 2012-ci ildə də qəzaya düşmüşdü. Həmin vaxt o, idarə etdiyi avtomobillə zəncirvari qəzaya səbəb olmuşdu. Onda da Ronaldinyo qəzadan xəsarətsiz qurtulmuşdu.

Ronaldinyo bir neçə gün əvvəl “Fluminense” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozmuşdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm