AÇ-2016: Bu gün daha 4 vəsiqənin sahibi bilinəcək
Bizi izləyin

İdman

AÇ-2016: Bu gün daha 4 vəsiqənin sahibi bilinəcək

Bu gün AÇ-2016-nın seçmə mərhələsinin D, F və İ qruplarında oyunlara yekun vurulacaq.

Publika.az xəbər verir ki, D qrupunda baş tutacaq Polşa - İrlandiya oyununda Avropa çempionatına kimin birbaşa vəsiqə qazanacağı bəlli olacaq. Bu oyunda polyaklara heç-heçə də sərf edir.

F qrupunda isə Rumıniya və Macarıstandan hansının qitə birinciliyinə birbaşa vəsiqə qazandıran 2-ci pilləyə sahib olacağı bəlli olacaq. Rumıniya Farer adalarıyla, Macarıstan isə Yunanıstanla qarşılaşacaq. Macarlardan fərqli olaraq, rumınların taleyi öz əllərindədi. Belə ki, Rumıniya millisi səfərdə Farer adalarını məğlub edəcəyi halda, Fransaya "bilet"i təmin edəcək. Macarlar isə yunanlarla oyunda 3 xal üçün mübarizə aparmaqla yanaşı, qulaqları adadan gələcək xoş xəbərdə olacaq.

İ qrupunda isə artıq birinci pilləni özünə təmin etmiş Portuqaliya cari seçmə mərhələnin uğursuzu Serbiyanın qonağı olacaq.

"Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin şərəfini qoruduğu Albaniya yığması isə İrəvanda Ermənistanla üz-üzə gələcək. Albanlar Avropa çempionatına birbaşa vəsiqə verən 2-ci pilləni tutmaq üçün İrəvandan mütləq zəfərlə qayıtmalıdır.

AÇ-2016. Seçmə mərhələ

11 oktyabr

D qrupu

23:45 Cəbəllütariq - Şotlandiya

23:45 Almaniya - Gürcüstan

23:45 Polşa - İrlandiya

Almaniya – 19, Polşa, İrlandiya – 18, Şotlandiya – 12, Gürcüstan – 9, Cəbəllütariq – 0.

F qrupu

21:00 Farer adaları - Rumıniya

21:00 Finlandiya - Şimali İrlandiya

21:00 Yunanıstan - Macarıstan

Şimali İrlandiya – 20, Rumıniya – 17, Macarıstan – 16, Finlandiya - 11, Farer adaları – 6, Yunanıstan – 3.

İ qrupu

21:00 Serbiya - Portuqaliya

21:00 Ermənistan - Albaniya

Portuqaliya – 18, Danimarka – 12, Albaniya – 11, Serbiya – 4, Ermənistan – 2.

Qeyd: Serbiyanın hesabından 3 xal çıxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm