Sabah bir dəqiqəlik sükut olacaq
Bizi izləyin

İdman

Sabah bir dəqiqəlik sükut olacaq

Azərbaycan kubokunun oktyabrın 14-də keçiriləcək ilkin təsnifat oyunları 1 dəqiqəlik sükutla başlayacaq.

Publika.az xəbər verir ki, ötən gün dünyasını dəyişmiş Tovuzun "Turan" klubunun sabiq futbolçusu və məşqçisi Sakit Alıyevin xatirəsi yad olunacaq.

MOİK - "Turan", "Şahdağ" - "Şəmkir" və "Şərurspor" - "Qaradağ-Lökbatan" qarşılaşmalarından əvvəl 1 dəqiqəlik sükut elan olunacaq. S.Alıyevin xatirəsinin Azərbaycan Premyer Liqasının növbəti tur oyunlarında da yad olunub-olunmayacağı hazırda Azərbaycan millisinin oyunu ilə əlaqədar Bolqarıstanda olan PFL prezidenti Ramin Musayevin Bakıya qayıdışından sonra dəqiqləşəcək.

Qeyd edək ki, Sakit Alıyev uzun sürən xəstəlikdən sonra 50 yaşında vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm