Şok! Azərbaycan millisinin üzvləri hamılıqla dopinq qəbul edib – FOTOLAR
Bizi izləyin

İdman

Şok! Azərbaycan millisinin üzvləri hamılıqla dopinq qəbul edib – FOTOLAR

Şok! Azərbaycan millisinin üzvləri hamılıqla dopinq qəbul edib – FOTOLAR

Azərbaycan idmanı ilə bağlı daha bir şok yaşanıb. Bu dəfə ağır atletika ilə bağlı. Avropa çempionatında medal qazanmış 5 idmançımızın hamısnın dopinq qəbul etdiyi məlum olub.

Publika.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Ağır Atletika Federasiyasının saytında yayılıb. Məlumatda bildirilir ki, Avropa çempionatında Valentin Xristov (62 kq, qızıl), İntiqam Zairov (94 kq, qızıl), Sərdar Həsənov (69 kq, gümüş), Silviya Anqelova (48 kq, gümüş), Zülfüqar Süleymanov (62 kq,bürünc) qazandıqları medallardan məhrum edilməklə yanaşı, diskvalifikasiya da olunublar.

Qeyd edək ki, bir müddət əvvəl Azərbaycanı Qazaxıstana dəyişən perspektivli idmançımız Nicat Rəhimov millidə yaşanan özbaşnalıqlardan danışmış, bütün idmançılara məcburi qaydada dopinq verildiyini bildirmişdi.

Rəhimovun açıqlamasına münasibət bildirən Ağır Atletika Federasiyasının rəsmiləri onu az qala vətən xaini hesab etmişdilər.

Bu da nəticəsi. Azərbaycan milli komandası tam heyətlə dopinq qəbul etməklə ölkəmizi bütün dünyada biabır etdi. Bu rəzalətə görə kimlərsə cavab verməlidi, ya yox?

Məsələ ilə bağlı federasiya rəsmilərinin də mövqeyini öyrənməyə çalışdıq. Ancaq telefon zənglərimizə cavab verən tapılmadı. Görünür qrum rəsmiləri hələ baş verənlərin şokundan ayılmayıblar. Gün ərzində federasiya rəsmilərinin və dopinqdə ilişən idmançıların mövqeyini öyrənməyə çalışacağıq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm