İdman
“Qarabağ”ın məşqçisinin faciəvi ölümü: meyit hamamda tapıldı
"Qarabağ" və "Xəzər Lənkəran"ın sabiq məşqçisi Tayfun Gürsel 63 yaşında dünyasını dəyişib.
Publika.az Report-a istinadən xəbər verir ki, T.Gürselin meyiti Türkiyənin Antalya vilayətinin Demre qəsəbəsindəki evinin hamamından tapılıb.
Qızı, tanınmış maneken Ece Gürsel tərəfindən aşkarlanan meyit tibbi ekspertizadan sonra onun yaxınlarına qaytarılıb. Türkiyə millisinin sabiq futbolçusunun ölümünə infarktın səbəb olduğu açıqlanıb. Mərhumun cənazəsi bu gün torpağa tapşırılacaq.
Qeyd edək ki, Tayfun Gürsel futbolçu karyerası ərzində "Əskişəhərspor", "Antalyaspor" və Türkiyə millisinin formasını geyinib. Məşqçi kimi isə o, bir sıra klublarda, o cümlədən Rasim Karanın baş məşqçi olduğu vaxt "Xəzər Lənkəran"la "Qarabağ"da çalışıb. O, 25 ildir həyat yoldaşından ayrı qalırdı.
-
Qoroskop00:35
Günün qoroskopu: bir sıra mətləblər əyan olacaq
-
Nida Xəbər 1 May 23:50
Paşinyan: Mümkün qədər tez...
-
Hadisə1 May 23:26
Qızı evdən qaçan ata efirdə göz yaşı tökdü - VİDEO
-
İqtisadi gündəm1 May 22:50
Dolların qiyməti ilə bağlı QƏRAR
-
Region1 May 22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT1 May 20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region1 May 20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin11 May 20:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO