Dünyanın ən titullu idmançısı əsgərlərimizi ziyarət etdi - FOTOLAR
Bizi izləyin

İdman

Dünyanın ən titullu idmançısı əsgərlərimizi ziyarət etdi - FOTOLAR

Dünyanın ən titullu idmançısı əsgərlərimizi ziyarət etdi - FOTOLAR

Azərbaycanlı kikbokçular cəbhə bölgəsinə səfər ediblər. İdmançılar Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyevin təşkilatçılığı ilə cəbhə bölgəsinə gedib, oradakı əsgərləri bayram öncəsi ziyarət ediblər. Əsgərləri ziyarət edənlər içərisində dünyanın ən titullu idmançısı (17 qat dünya, 6 qat Avropa çempionu) Eduard Məmmədov da olub. Eduard Məmmədov səfərlə bağlı “facebook”da şəkillər paylaşıb.

İdmançı Publika.az-a səfərlərlə bağlı təəssüratlarını bölüşüb:

“Cəbhə bölgəsində olan əsgərlərimizə dəstək olmaq üçün onların yanına getmişdik. Oradakı əsgər və zabitlərimizin bayramını təbrik etdik.

Onlara mənəvi cəhətdən dəstək olduq və bildirdik ki, kikboksinq federasiyası da ali baş komandanımız İlham Əliyevin əmrini gözləyir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm