İdman
Qriqorçuk: “3 oyunda 9 xal qazana bilərdik”
Azərbaycan Premyer Liqasında 11 turdan təxirə salınan “Qəbələ” – “Kəpəz” oyunu (1:2) bitəndən sonra “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib.
Publika.az ukraynalı mütəxəssisin fikirlərini təqdim edir:
“Bu gün ötən oyunlardan heç bir fərq olmadı. Komandam yenə böyük üstünlük şəraitində oynadı. Biz qollar vurmalı idik, amma bunu bacara bilmədik. Üstün oyun sərgiləsək də, qələbə qazanmadıq. Həmin problemləri aradan qaldırmaq lazımdır. Biz üstün oynayırıq, amma qol vura bilmirik. Deməli, hücumların sonluğunu düzəltməliyik. Çatışmazlıqların nədən ibarət olduğunu bilirik. Futbolda əsas olan nəticədir. 3 oyunda 9 xal qazana bilərdik, amma bunların sayı 2 oldu. Məğlubiyyəti Dodo ilə əlaqələndirmək olmaz. Dodo bizim komandanın kapitanıdır, vacib oyunçudur. Ona hörmət edirəm. Amma elə bir futbolçu yoxdur ki, mövsüm boyu zədələnməsin və ya cəzalı duruma düşməsin”.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan