Məşhur məşqçi karyerasını bitirdi
Bizi izləyin

İdman

Məşhur məşqçi karyerasını bitirdi

Məşhur məşqçi karyerasını bitirdi

Tanınmış mütəxəssis Frank Raykaard məşqçilik karyerasını başa vurub. Publika.Az xəbər verir ki Raykaardın özü bu barədə mətbuata açıqlama verib.

51 yaşlı mütəxəssis artıq təqaüdə çıxmaq istədiyini elan edib. Bundan sonra nə işlə məşğul olacağı barədə sualları isə cavabsız qoyub.

Qeyd edək ki, onun son iş yeri Səudiyyə Ərəbistanı yığması olub.

Vaxtı ilə o, öz ölkəsinin - Hollandiya yığmasını da çalışdırıb.

Bundan əlavə Frank “Sparta” və “Qalatasaray” kimi klublarda da işləyib. Ən böyük uğuru isə “Barselona” ilə 2006-cı ildə çempionlar liqasında əldə etdiyi qələbədir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm