“Qəbələ”lilər hər kəsi duyğulandırdı - FOTOLAR
Bizi izləyin

İdman

“Qəbələ”lilər hər kəsi duyğulandırdı - FOTOLAR

“Qəbələ”lilər hər kəsi duyğulandırdı - FOTOLAR

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında “Qəbələ” “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

Publika.az xəbər verir ki, martın 19-da baş tutan görüşdə ən diqqət çəkən məqam isə oyundan əvvəl “Qəbələ”li oyunçuların stadionun mərkəzində açdığı plakat olub.

Futbolçuların mərkəzdə oyundan öncə "Qarabağsız son Novruzumuz olsun!" yazılmış plakat açması böyük diqqət çəkib. Futbolçular bu hərəkətləri ilə tribunada əyləşən və stadionda olan hər kəsi duyğulandırıb.

"Qarabağ" - "Qəbələ" 1:2

Qollar: Reynaldo Silva, 60 // Daniel Subotiç, 45+1; Viktor Mendi, 81

Azərbaycan Kuboku. 1/4 final mərhələsi. Cavab oyunu (ilk oyun 0:0)

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm