Şəhriyar Məmmədyarov bu turda qələbə qazana bilməyib
Bizi izləyin

İdman

Şəhriyar Məmmədyarov bu turda qələbə qazana bilməyib

Şəhriyar Məmmədyarov iddiaçıların 13-cü turunda heç-heçə oynayıb.

Şəhriyar Məmmədyarov iddiaçıların 13-cü turunda heç-heçə oynayıb.

Bu gün Xantı-Mansiyskdə iddiaçıların şahmat turnirində 13-cü turun partiyaları keçirilir.

Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov qara fiqurlarla oynayıb və hər iki tərəfin bərabər imkanlara malik olduğu mürəkkəb partiya 42-ci gedişdə heç-heçə qurtarıb. Onun rəqibi peterburqlu Pyotr Svidler olub.

Dmitri Andreykin – Levon Aronyan, Sergey Karyakin – Vişvanatan Anand və Vladimir Kramnik –Veselin Topalov partiyaları hələ davam edir.

Qalibi dünya çempionu norveçli Maqnus Karlsenin rəqibi olacaq bu turnir martın 31-dək davam edəcək. /ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm