Cahangir Əsgərov islahatlara yaxın qohumunu qovmaqla başladı – Özəl
Bizi izləyin

İdman

Cahangir Əsgərov islahatlara yaxın qohumunu qovmaqla başladı – Özəl

Cahangir Əsgərov islahatlara yaxın qohumunu qovmaqla başladı – Özəl

Bir neçə saat əvvəl ağır Azərbaycan Ağır Atletika Federasiyasında ciddi kadr islahatları aparılacağı ilə bağlı məlumat vermişdik.

Bu barədə məlumat verən mənbə bildirmişdi ki, federasiya prezidenti Cahangir Əsgərov idmançılarımızın dopinqə görə cəzaya məruz qalmasından əsəbləşərək ciddi addımlar atmağı planlaşdırır.

Publika.az-ın əldə etdiyi məlumata görə, artıq Cahangir Əsgərov ilk kadr islahatını gerçəkləşdirib. Federasiyanın icraçı direktoru İsgəndər Əsgərov vəzifəsindən qovulub.

Qeyd edək ki, İsgəndər Əsgərovun Cahangir Əsgərova yaxın qohum olduğu deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm