79 dəqiqəlik oyun
Bizi izləyin

İdman

79 dəqiqəlik oyun

79 dəqiqəlik oyun

Bu güqn Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq. Publika.az xəbər verir ki, son oyun günündə turun sonuncu oyunu keçiriləcək.

Daha doğrusu sonuncu oyunu davam etdiriləcək. Belə ki, ötən gün keçirilməli olan "İnter" - "Rəvan" qarşılaşması cəmi 11 dəqiqə davam edib. "Şəfa" stadionunda başlayan qarşılaşmanı Elvin Əsgərov qar yağışı səbəbindən dayandırmalı olub. Matç saat 17.00-da başlayacaq və 11-ci dəqiqədən davam etdiriləcək.

"İnter" indiyədək "Rəvan"a qarşı keçirdiyi bütün paytaxt derbilərində (7 oyun) qalib gəlib. Onlar son 5 qarşılaşmada 2 və ya daha çox qol vurmağı bacarıb. Cari mövsümə təsadüf edən 3 görüşdə isə hər iki komanda qol vurub. 7 oyunda "İnter" rəqib qapısına 17 dəfə yol tapıb. "Rəvan"ın futbolçuları isə 5 dəfə fərqələnə bilib.

Qeyd edək ki, turun dörd oyunu üç gün ərzində keçirilib. "Neftçi" "Xəzər Lənkəran"ı 1:0, "Qarabağ" "Qəbələ"ni 3:0, "Bakı" "Simurq"u, "Sumqayıt" AZAL-ı 2:1 hesabı ilə yenib.

Premyer Liqa

2013/14 mövsümü

IV dövrə, XXVIII tur

30 mart

İnter - Rəvan 0:0

İnter: 25. Səlahət Ağayev, 3. Laşa Salukvadze, 4. İvan Benites, 9. Aleksandr İaşvili, 11. Asif Məmmədov (k), 20. Brüs Abdulaye, 21. Arif Daşdəmirov, 28. Baçana Tsxadadze, 33. Matiya Spiçiç, 47. Abdulla Abatsiyev, 88. Derlis Meza Kolli.

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 5. Slavko Georgievski, 6. Samir Zərgərov, 8. Mikel Alvaro, 12. İvo Taborski, 30. Abbas Hüseynov, 91. Coşqun Diniyev.

Baş məşqçi: Kaxaber Tsxadadze.

Rəvan: 1. Lukas Sapela, 4. Mitya Moreç, 8. Julio Sezar, 10. Tyaqo Mirasema, 15. Dmitri Kruqlov, 16. Orxan Lalayev, 18. Oke Akpoveta, 21. Novruz Məmmədov (k), 25. Ayaz Mehdiyev, 30. Cəmşid Məhərrəmov, 41. Kamil Kopunek.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Elvin Həsənəliyev, 14. Xuan Manuel Varea, 17. Ramazan Abbasov, 19. Hüseyn Axundov, 20. Miloş Adamoviç, 28. Boyan Markoviç.

Baş məşqçi: Güvənc Kurtar.

Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Nahid Əliyev, Tahir Əhmədov.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, Alik Yunusov.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Rövşən Əhmədov.

"Şəfa" stadionu. Saat 17.00.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm