Azərbaycan millisi ilk xalını qazanıb - FOTO
Bizi izləyin

İdman

Azərbaycan millisi ilk xalını qazanıb - FOTO

Mayın 8-də Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının “A” qrupunda ikinci turun növbəti matçı oynanılıb.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası 8-ci kilometr qəsəbə stadionunda ikinci matçını Belçikaya qarşı keçirib.

Millimizin start heyətində meydana Məmməd Hüseynov, Hüseyin Seyliqli, Ricat Qarayev, Elçin Əsədov (k), Fərid Nəbiyev, Metin Güler, Pilağa Mehdiyev, İsmayıl Karakaş, Barış Ekincier və Süleyman Əhmədov çıxıblar.

Belçika yığmasının ilk on birliyində isə Mile Svilar, Sebastiaan Bornauw, Zinho Vanheusden (k), Hannes Delcroix, Daam Foulon, Daouda Peeters, Milan Corryn, Xian Emmers, Thibaud Verlinden, Jules Vanhaecke və Adrien Bongiovanni yer alıblar.

Millimiz oyunun birinci hissəsini qolsuz başa vurub. Qarşılıqlı mübarizə şəraitində keçən görüşün ikinci yarısında isə əvvəlcə Belçika hesabı açıb. Bongiovanni 72-ci dəqiqədə qonaqları hesabda irəli çıxarıb. Bu qoldan beş dəqiqə sonra Azərbaycan yığması Murad Mahmudovun qolu ilə hesaba bərabərlik gətirməyi bacarıb. Ümumiyyətlə, ikinci hissədə komandamız bir sıra qol imkanı yaratsa da fərqlənə bilməyiblər. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Beləliklə, Azərbaycan millisi “A” qrupunda ilk xalını qazanaraq üçüncü pillədə qərarlaşıb. Qrupa altı xalla Portuqaliya başçılıq edir. Belçika dörd xalla üçüncü, növbəti mərhələyə çıxmaq şansını itirən Şotlandiya isə 0 xalla sonuncu pillədə yer alıb.

Komandamız sonuncu qrup matçını Şotlandiya yığmasına qarşı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm