Bulvarda möhtəşəm tədbir - Geriyə sayım başladı
Bizi izləyin

İdman

Bulvarda möhtəşəm tədbir - Geriyə sayım başladı

Dənizkənarı Milli Parkda 2017-ci ildə Bakıda start götürəcək IV İslam Həmrəyliyi oyunarının başlamasına həsr olunmuş idman tədbiri keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə gənclər və idman naziri, IV İslam Həmrəyliyi oyunlarının icraçı direktoru Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının 1-ci vitse-prezidenti, Əlaqələndirmə Komissiyasının sədri, Polkovnik Hamad Kalkaba Malboum, İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Koordinasiya Komissiyasının rəhbər işçiləri, İslam dövlətinin Milli Olimpiya Komitələrinin (NOC) üzvləri və digər qonaqlar iştirak ediblər.

Qonaqlara ilk olaraq aktyorlar tərəfindən islam dünyasının bir sıra əfsanələrini özündə əks etdirən səhnələr nümayiş etdirilib. Daha sonra IV İslam Həmrəyliyi oyunlarında mübarizə aparacaq idman növləri təqdim olunub.

Bununla da, IV İslam Həmrəyliyi oyunlarının ölkəmizdə start götürməsinə geriyə sayım başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm