Braziliyaya gedəcək taekvondoçuların SIYAHISI
Bizi izləyin

İdman

Braziliyaya gedəcək taekvondoçuların SIYAHISI

Dünya Taekvondo Federasiyası (DTF) Rio Yay Olimpiya Oyunlarına lisenziya qazanan idmançıların tam siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, avqustun 17-dən 20-dək 8 çəki üzrə keçiriləcək yarışda 128 taekvondoçu qüvvəsini sınayacaq.

Braziliyaya tam heyətlə yollanacaq ölkələr sırasında Azərbaycan da var.

Reqlamentə əsasən hər yığma Olimpiadada maksimum 4 idmançı ilə təmsil olunmalıdır ki, millimiz də tarixdə ilk dəfə bunu bacarıb. Rioda dayanq üzərinə təmsilçilərimizdən Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq), Milad Beigi Harçeqani (80 kq) və Radik İsayev (+80 kq) çıxacaqlar.

Olimpiadaya lisenziya qazanan ölkələr sırasında Azərbaycan “Top-10”-da qərarlaşıb. Yığmamızla yanaşı, Avstraliya, Braziliya, Çin, Fransa, Böyük Britaniya, İran, Meksika, Cənubi Koreya və ABŞ da 4 çəkidə təmsil olunacaq. Ermənistanın lisenziya ala bilmədiyi yarışda Rusiya, Türkiyə, Almaniya, İspaniya kimi ölkələr Rioya tam heyətlə yollana bilməyəcəklər.

Olimpiya Oyunlarının taekvondo yarışında cəmi 64 ölkə iştirak edəcək. Hər çəkidə isə 16 idmançı medallar uğrunda gücünü yoxlayacaq.

Çəkilər üzrə idmançıların adları da bəllidir. Taekvondoçularımızın rəqiblərini təqdim edirik:

Milad Beigi Harçeqani (80 kq): Mehdi Xudabaxşı (İran), Aaron Kuk (Moldova), Məhəmməd Lutalo (Böyük Britaniya), Albert Qaun (Rusiya), Tahir Güleç (Almaniya), Şeyx Sisse (Fil Dişi Sahili), Pyotr Pazinski (Polşa), Oussama Oueslati (Tunis), İsmael Koulibali (Mali), Hayder Şkara (Avstraliya), Steven Lopez (ABŞ), Moyses Hernandes (Dominikan Respublikası), Nikita Rafaloviç (Özbəkistan), Lui Vey-Tinq (Çin Taypeyi), Maquel Ferrera (Honduras).

Radik İsayev (+80 kq): Dmitri Şokin (Özbəkistan), Səyyad Mərdani (İran), Anton Obame (Qabon), M Bar N Diaye (Fransa), Ça Donq-Min (Cənubi Koreya), Mahama Çu (Böyük Britaniya), Arman-Marşall Silla (Belarus), Yassin Trabelski (Tunis), Abdul Razak İssoufou (Nigeriya), Pitta Taufatofua (Tonqa), Rafael Kastillo (Kuba), Stefen Lambdin (ABŞ), Qiao Sen (Çin), Ruslan Cafarov (Qazaxıstan), Maykon Andrade (Braziliya).

Patimat Abakarova (49 kq): Vu Yunqyu (Çin), Lusiya Zaninoviç (Xorvatiya), Yasmin Aziz (Fransa), Panipak Vonqpattanakit (Tailand), Kim So-Hui (Cənubi Koreya), İtsel Manyarres (Meksika), Tiyana Boqdanoviç (Serbiya), Rosa Keleku (Konqo), Mariya Andrade (Kabo-Verde), Andrea Kilday (Yeni Zelandiya), Julissa Deis Kanseko (Peru), Monika Pimentel (Aruba), Huanq Huai-Hsuan (Çin Taypeyi), Aynur Yerbergenova (Qazaxıstan), İris Sinq (Braziliya).

Fəridə Əzizova (67 kq): Habi Niar (Fransa), Elin Yohansson (İsveç), Çuanq Çia-Çia (Çin Taypeyi), Oh Hye-Ri (Cənubi Koreya), Anastasiya Barışnikova (Rusiya), Nur Tatar (Türkiyə), Rabia Güleş (Almaniya), Rut Qbaqbi (Fil Dişi Sahili), Seham El-Savali (Misir), Karmen Marton (Avstraliya), Payqe Makferson (ABŞ), Melisa Paqnotta (Kanada), Hansel Deniz (Qazaxıstan), Niqora Tursunkulova (Özbəkistan), Anya Louissant (Haiti).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm