Moskvada “Azərbaycanlı Gənclərin Kuboku” - FOTOLAR
Bizi izləyin

İdman

Moskvada “Azərbaycanlı Gənclərin Kuboku” - FOTOLAR

Bakıda keçiriləcək Formula 1 Avropa Qran-prisinin təbliğinə dəstək məqsədi ilə Moskvada “Azərbaycanlı Gənclərin Kuboku'' adlı kartinq yarışı təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, yarış Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının Rusiya nümayəndəliyinin təşkilatçılığı, Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondunun dəstəyi ilə baş tutub.

Azərbaycan Slavyan Gəncləri Assosiasiyasının rəhbəri Toğrul Allahverdili yarış iştirakçılarını və qonaqları salamlayaraq, prezident İlham Əliyevin bu sahəyə qayğısı nəticəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini qeyd edib. Bildirib ki, Formula 1 yarışları ölkəmizin dünya arenasında tanınmasına və turizimin inkişafına öz töhfəsini verəcək.

Daha sonra kartinq yarışına start verilib. Üç mərhələdə keçən yarışda 8 komanda birincilik uğrunda mübarizə aparıb. Yarışın qalibi Moskva Dövlət Hüquq Akademiyasının komandası olub. İkinci və üçüncü yerləri isə “Tri –Medved” və “Fond RVAK” komandaları paylaşıb. Qaliblər kubok, diplom və medallarla mükafatlandırılıb.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm