İdmançımızın bu görüntüsü hamını şoka saldı: “Bəs nə bilirdin, ancaq yumruq vura bilirəm?” - VİDEO
Bizi izləyin

İdman

İdmançımızın bu görüntüsü hamını şoka saldı: “Bəs nə bilirdin, ancaq yumruq vura bilirəm?” - VİDEO

Azərbaycanın ağırçəkili peşəkar boksçusu Əli İsmayılovu heç belə görməmişdiniz. Belə ki, idmançının əlində bu dəfə boks əlcəkləri yox, gitara var. Publika.Az xəbər verir ki, idmançının gitarada ifa edərkən çəkilmiş videosu “youtube” portalında paylaşılıb.

Videoda maraqlı söhbətə də şahid oluruq.

Belə ki, görüntünü çəkən şəxs “Əli, sən gitara da çala bilirsən?” deyə ona sualla müraciət edir. Əli İsmayılov isə cavabında “Bəs sən nə bilirdin, mən ancaq yumruq vura bilirəm?” deyir.

Qeyd edək ki, idmançı müsahibələrinin birində gitara çalmağın onun hobbisi olduğunu demişdi.

Həmin videonu təqdim edirik.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm