Joze Mourinyodan insanlıq jesti -Video
Bizi izləyin

İdman

Joze Mourinyodan insanlıq jesti -Video

Mourinyo uzun müddət xərçəng xəstəliyindən əziyytə çəkən və nəhayət ona qalib gələn bir jurnalisti uzun fasilədən sonra zalda görüb

Joze Mourinyo mütəxəssis kimi müzakirə obyekti olmasa da, bəzən xarakterinə irad tutanlar olur. Onu sevməyənlər, sevənləri qədər çoxdu. Ancaq aşağıdakı videonu izləyəndən sonra portuqaliyalının necə fantastik birisi olduğuna əmin olacaqsız.

Publika.az xəbər verir ki, dünən "Çelsi"nin oyunqabağaı mətbuat konfransında hər kəsi təsirləndirəcək bir hadisə yaşanıb. Mourinyo uzun müddət xərçəng xəstəliyindən əziyytə çəkən və nəhayət ona qalib gələn bir jurnalisti uzun fasilədən sonra zalda görüb.

Onu tanıyıb və sevinib. Üstəlik, mətbuat konfransının reqlamentini pozaraq şəxsən aşağı düşərək jurnalistlə hal-əhval tutub. "Hər şey yaxşıdımı" sualını verərək, jurnalistin əlini sıxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm