Suriyada döyüşən 50-yə yaxın yaraqlı Türkiyəyə təslim olub
Bizi izləyin

İdman

Suriyada döyüşən 50-yə yaxın yaraqlı Türkiyəyə təslim olub

MDB respublikalarından gəlmiş yaraqlılar Azad Suriya Ordusunu Türkiyəyə sıxışdırıb

MDB respublikalarından gəlmiş yaraqlılar Azad Suriya Ordusunu Türkiyəyə sıxışdırıb.

Suriya müxalifəti daxilində Azad Suriya Ordusu (ASO) ilə “İraq və Suriya islam dövləti” (İSİD) qruplaşmaları arasında gedən savaş ikincilərin qələbəsi ilə nəticələnib.

50-yə yaxın ASO üzvü Suriyanın Türkiyə ilə sərhəd Carablus rayonunda İSİD döyüşçülərinə qarşı döyüşə bilməyiblər. Onlar silahlarını Türkiyə sərhədçilərinə təhvil veriblər.

Qeyd edək ki, ASO Suriya müxalifətinin Türkiyə tərəfindən dəstəklənən qoludur, yerli kürdlərdən, türkmənlərdən və ərəblərdən təşkil olunub. 10 minə qədər döyüşçüsü olan İSİD-in isə 2 min döyüşçüsü MDB respublikalarından gəlmiş sələfilərdir. Onların 700 nəfəri qafqazlıdır və bunların içərsində 200-dən çox azərbaycanlı var. İSİD-ə Əbu Umar Şişani adlı bir çeçen rəhbərlik edir. İSİD-in Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirildiyi ehtimal edilir. /Anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm